İDMAN
Londonlu qardaşlar: Bu gün Bakıda olmağımıza çox şadıq
Bakı, 28 may, AZƏRTAC
Bakı çox gözəl şəhərdir. Bu gün Bakıda olmağımıza çox şadıq. Biz "Çelsi" klubunun azarkeşləriyik. Hesab edirəm ki, sabahkı oyunda "Çelsi" 3:1 hesabı ilə qalib gələcək.
Bu fikirləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn londonlu qardaşlar Kayt və Qayls Ueblin qardaşları mayın 28-də AZƏRTAC-a müsahibələrində deyiblər.
Bakıda üç gün qalacaqlarını vurğulayan Kayt Ueblin bildirib: "Vaxt olduqca şəhərin görməli yerlərini gəzməyə çalışırıq. Bakının memarlıq nümunələri arasında diqqətimizi ilk cəlb edən möhtəşəm "Alov qüllələri'' oldu.
Qayls Ueblin isə Londondan ölkəmizə gəlmək istəyənlərin çox olduğunu vurğulayaraq deyib: “Bakı çox xoşumuza gəldi. Xüsusilə xalqınızın milli mətbəxinin çox ləzzətli olduğunu deməliyəm. Ən çox sevdiyim yemək isə kabablar oldu. Bir sözlə, Bakını çox bəyəndim".
Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Görüş saat 23:00-da başlayacaq.