DÜNYA


Londonun şərqində narkotik ticarəti şübhəsi ilə 43 nəfər saxlanılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Böyük Britaniya polisinin Londonun şərqində apardığı əməliyyat nəticəsində narkotik vasitələrin ticarətində şübhəli bilinən 43 nəfər saxlanılıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Scotland Yard” tərəfindən açıqlama yayılıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 9-u və 10-da səhər saatlarında Britaniya paytaxtının bir neçə şərq rayonunda axtarışlar aparıb. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə, o cümlədən qanunsuz odlu silah və A sinifli narkotik vasitələri saxlamaqda şübhəli hesab olunurlar.

“Narkotik vasitələrlə bağlı 12 nəfərə ittihamlar irəli sürülüb. Polis çox sayda mobil telefon, həmçinin nağd pul, narkotik vasitə, sənəd və silah müsadirə edib”, - açıqlamada belə deyilir.

Bir qədər əvvəl Böyük Britaniyanın Cinayətkarlığa Qarşı Mübarizə üzrə Milli Agentliyi narkotik vasitələrin Birləşmiş Krallığa keçirilməsi ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın 13 mümkün üzvünün saxlanıldığı barədə məlumat yaymışdı.

Xatırladaq ki, Londonun paytaxtı kokaindən istifadəyə görə Avropa paytaxtlarının reytinqində birinci yeri tutur. Mütəxəssislərin hesablamalarına əsasən, londonlular il ərzində səkkiz tondan çox təmiz kokaindən istifadə edirlər. London küçələrində hər gün yarım milyon kokain dozası satılır. Böyük Britaniyanın kokain bazarı isə bir milyard funt sterlinq həcmində qiymətləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.