CƏMİYYƏT


“Loqos” jurnalının ilk nömrəsi çapdan çıxıb

Bakı, 17 mart, AZƏRTAC

Dörd il əvvəl baharın yurdumuza qədəm qoyduğu ilıq mart günlərində Bakıda psixoloji, loqopedik və maarifləndirmə sahəsində fəaliyyət göstərən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu ilin martında isə mərkəzin təsis etdiyi “Loqos” jurnalının ilk nömrəsi işıq üzü görüb. Məzmunlu, eyni zamanda, zövqlə tərtib olunan nəşr çox faydalı bir işlə məşğuldur. Hər gün dünyada baş verən müharibələr, terror aktları, iqtisadi böhranlar, təbii fəlakətlərdən aldığı informasiya yükü həmin xəbərləri eşidən hər kəsdə psixoloji gərginlik yaradır. Əslində, bir sıra xəstəliklər də psixoloji amillərlə əlaqədardır. Təəssüf ki, əhalinin əksər hissəsi psixoloji müdaxilənin təsirindən xəbərsizdir. Elə buna görə də bu sahədə geniş maarifləndirməyə ehtiyac var. Yeni jurnal məhz bu məqsədə xidmət edəcək.

“Loqos” elmi-publisistik psixoloji jurnalının ilk nömrəsində ölkəmizin tanınmış ziyalılarının təbrikləri, dünya şöhrətli psixoloqlar haqqında məlumatlar, mütəxəssislərin müsahibələri, psixoloq məsləhətləri və digər materiallar yer alıb.

Jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova, baş redaktoru Rəhilə Gülgündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.