MƏDƏNİYYƏT


Loran Menil-Pultye: Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq

Loran Menil-Pultye: Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq

Paris, 16 sentyabr, AZƏRTAC 

Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) əsas məqsədi Azərbaycanın imicini Fransada təşviq etməkdir. Ölkənizin zəngin tarixi və mədəniyyəti var. Məqsədimiz bu zənginliyi fransızlara çatdırmaqdır.

Bu fikri AZƏRTAC–a müsahibəsində Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Loran Menil-Pultye söyləyib.

Bildirib ki, Azərbaycan müsəlman Şərqində yeganə dövlətdir ki, ilk dəfə 100 il əvvəl müstəqilliyini elan edib, qadınlara səsvermə hüququ verib. Hazırda Azərbaycan ilə Fransa arasında çox möhkəm və sağlam münasibətlər mövcuddur. ADFA-nın məqsədi bu münasibətləri hər iki ölkənin ictimaiyyətinə çatdırmaq və onların daha da inkişaf etməsinə töhfə verməkdir.

L.Menil-Pultye iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi kimi dövlət rəhbərlərinin qarşılıqlı səfərlərini göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında Fransada səfərdə olduğunu, Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə səfərinin gözlənildiyini diqqətə çatdırıb.

“İki ölkə arasında mədəniyyət, iqtisadiyyat sahələrində əlaqələrin daha da genişlənməsinə töhfə verəcək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.