MƏDƏNİYYƏT


Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir

Kann, 19 iyul, AZƏRTAC

Sərgini ziyarət etdikdən sonra bu xalq sənətinin asan olmadığını gördüm. İlk dəfədir ki, xalça, onların toxunmasını əks etdirən film gördüm. Xalçaların millimetrlik kağızlarda eskizləri çox gözəldir. Millimetrlik kağızlarda xalçaların naxışlarının rəngli nöqtələrlə göstərilməsi heyranedicidir. Bu eskizlər gələcək xalçanın rüşeymidir. Nöqtələrlə onun necə inkişaf etdirilib ərsəyə gəldiyini görürük. Eskizlər xalça toxuculuğunun nə qədər dəqiqlik tələb etdiyini göstərir. Zərgər dəqiqliyi tələb olunur.

Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin ziyarətçisi Loran Tardivel AZƏRTAC-a müsahibəsində söyləyib.

Bildirib ki, sərgi çərçivəsində nümayiş olunan film, millimetrlik kağızlarda çəkilmiş eskizlər xalçanın ərsəyə gəlməsinin nə qədər çətin olduğunu göstərdi. Ancaq bu çətinliklərə baxmayaraq, Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması, canlandırılması və inkişaf etdirilməsi diqqətəlayiqdir.

“Şəhərimizin Azərbaycanla sıx əlaqələri getdikcə daha da möhkəmlənir. Burada təşkil olunan sərgilər Azərbaycan mədəniyyət günləri kannlılara ölkənizi daha yaxından tanımağa imkan yaradır və səfərə sövq edir. Burada nümayiş olunan xalçaların Şəki şəhərində toxunulduğu bildirildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinə çox sevindik və bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”, - deyə L.Tardivel vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kann

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.