“Los-Anceles Leykers”in baş məşqçisi Frenk Foqel istefaya göndərilib
AzerTAg.az
13.04.2022 [10:10]

Bakı, 13 aprel, AZƏRTAC
Milli Basketbol Assosiasiyasının (MBA) ən titullu klublarından olan “Los-Anceles Leykers”in baş məşqçisi Frenk Foqel istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kaliforniya klubunun rəsmi saytı məlumat yayıb.
Foqelin istefaya göndərilməsinə komandanın pley-off mərhələsinə yüksələ bilməməsi səbəb olub.
Qırx səkkiz yaşlı mütəxəssis 2019/2020-ci il mövsümündən “Leykers”i çalışdırıb. Onun başçılığı altında Los-Anceles klubu 2020-ci ildə MBA çempionu olub. Bu mövsüm isə komandada Lebron Ceyms, Entoni Devis, Rassell Uestbruk, Karmelo Entoni və Duayt Hovard kimi basketbol ulduzları çıxış etsə də, kollektiv mərhələ adlaya bilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
02.06.2023 [11:41]
02.06.2023 [11:22]
02.06.2023 [11:02]
02.06.2023 [10:59]
MULTİMEDİA
02.06.2023 [11:11]
02.06.2023 [10:12]
02.06.2023 [00:42]
02.06.2023 [00:30]
02.06.2023 [11:12]
02.06.2023 [11:35]
02.06.2023 [11:26]
02.06.2023 [11:36]
02.06.2023 [11:32]
02.06.2023 [11:21]
02.06.2023 [10:57]
02.06.2023 [10:51]
02.06.2023 [10:49]
02.06.2023 [07:14]
02.06.2023 [11:36]
01.06.2023 [20:49]
01.06.2023 [11:53]
02.06.2023 [10:41]
01.06.2023 [20:44]
01.06.2023 [16:43]
02.06.2023 [09:31]
01.06.2023 [21:42]
01.06.2023 [18:49]
02.06.2023 [11:50]
02.06.2023 [11:44]
02.06.2023 [11:37]
Xəbərin mətnində orfoqrafik səhv var