DÜNYA


Los-Anceles od içində: meşə yanğınları 50 min hektar əraziyə yayılıb VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsinin rəhbərliyi meşə yanğınları səbəbindən regionun tarixində ən yüksək təhlükə səviyyəsi elan edib. Los-Anceles şəhərində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, hazırda ştatın cənubundakı dörd ayrı-ayrı rayonda meşə yanğınları davam edir. Təbii fəlakətdən zərər çəkən ərazilərin sahəsi demək olar ki, 50 min hektara çatıb.

“Tomas” adlı irimiqyaslı yanğın Ventura dairəsində 36 min hektar ərazini bürüyüb. Ştatın yanğınsöndürmə xidməti əlverişsiz hava şəraiti ilə əlaqədar alovun daha güclü yayılma ehtimalı barədə əhalini xəbərdar edib. Güclü külək və ərazidəki quru bitki örtüyü yanğınla mübarizəni daha da çətinləşdirir. Ştat rəhbərliyi təhlükəli ərazilərdən 200 min nəfərin təxliyə olunmasına göstəriş verib.

Artıq ştatın cənub rayonlarında alovun bir neçə yüz binanı məhv etdiyi və azı üç yanğınsöndürənin xəsarət aldığı bildirilir.

Həmçinin təbii fəlakət elektrik təminatında da problemlər yaradıb. Meşə yanğınları 260 mindən çox insanı elektriksiz qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.