MƏDƏNİYYƏT


Los-Ancelesdə “Oskar” mükafatı iddiaçılarının adları elan olunacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Gələn həftə Los-Ancelesdə keçiriləcək mərasimdə Amerika Kino Akademiyasının “Oskar” mükafatına nominantlar elan ediləcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, tədbir “ABC” teleşirkəti tərəfindən yayımlanacaq.

Mükafat 24 nominasiyada, o cümlədən “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, baş və ikinci plan rolunda aktyor, “Əcnəbi dildə ən yaxşı film”, “Ən yaxşı tammetrajlı animasiya filmi” və s. nominasiyalarda təltif edilir. Təqvim ilində azı yeddi gün ardıcıl olaraq Los-Anceles dairəsində kinoprokatda olan ekran əsərləri “Oskar” mükafatına təqdim edilə bilər. Nominantların rəsmi elanından sonra səsvermənin ikinci mərhələsi keçiriləcək, bu müddətdə Amerika Kino Akademiyasının üzvləri fevralın 19-dək laureatları müəyyən edəcəklər.

Amerika kino tənqidçiləri “Ən yaxşı film” kateqoriyasında “Oskar”a namizəd Bredli Kuperin kantri stilində məşhur ifaçı ilə gənc müğənninin sevgisindən danışılan “Ulduz doğuldu” melodramının, Alfonso Kuaronun 1970-ci illərdə Meksika ailəsinin ağır həyatı haqqında “Roma” dramının və Piter Farrellinin məşhur caz pianoçusu Don Şirli, onun sürücüsü və mühafizəçisi Toni Lipin 1962-ci ildə ABŞ-ın cənubuna səyahəti ilə bağlı real əhvalatlardan danışılan “Yaşıl kitab” filmlərinin adını çəkirlər. “Variety” jurnalı hər üç filmin digər filmlərdən fərqlənməsi barədə yazır, “The Hollywood Reporter” jurnalı isə hesab edir ki, bu filmlərin mükafat qazanma şansı 98-99 faizə bərabərdir.

Xatırladaq ki, 91-ci “Oskar” kinomükafatının təqdimatı fevralın 24-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.