MƏDƏNİYYƏT
Los-Ancelesdə “Qızıl qlobus” mükafatının laureatlarının təqdimetmə mərasimi keçirilib VİDEO
Vaşinqton, 8 yanvar, AZƏRTAC
Los-Anceles şəhərində 2017-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şou Set Mayersin monoloqu ilə başlayıb. “Ən yaxşı dramatik film” nominasiyasında “Edinburq sərhədində üç bilbord, Missuri” filmi qalib sayılıb. Bu filmdə rol alan Frensis MakDormand “Ən yaxşı aktrisa”, Qeri Oldman “Qaranlıq zamanlar” filminə görə “Ən yaxşı aktyor” mükafatına layiq görülüblər.
Opra Uinfri qazandığı nailiyyətlərə görə Sesil B.Demill mükafatına layiq görülüb. “Ledi Börd” filmi “Ən yaxşı komediya və ya müzikl” nominasiyasının qalibi olub. Gilyermo del Toro “Suyun şəkli” filminə görə “Ən yaxşı rejissor”, irlandiyalı aktrisa Sirşa Ronan “Ledi Börd” filmində “Komediya və müzikldə ən yaxşı aktrisa”, Ceyms Franko “Başabəla yaradıcı” filmindəki roluna görə “Komediya və müzikldə ən yaxşı aktyor”, Ellison Cenni “Tonya hamıya qarşı” filmində “İkinci planda ən yaxşı aktrisa” nominasiyalarında qalib olublar. “Ən yaxşı animasiya filmi” mükafatına “Kokonun sirri”, “Əcnəbi dildə ən yaxşı film” adına türkəsilli Almaniya kinorejissoru Fatih Akinin “Son həddə” filmi layiq görülüb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton