DÜNYA


Los-Ancelesdə tətil etmiş müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar

Vaşinqton, 23 yanvar, AZƏRTAC

Los-Anceles müəllimləri çərşənbə axşamı məktəb dairəsinin nümayəndələri ilə tətilin dayandırılması barədə ilkin saziş imzalayıblar. Müəllimlər əməkhaqqının 6 faiz artırılmasına və siniflərdə şagirdlərin sayına məhdudiyyət qoyulmasına nail olublar.

AZƏRTAC xəbər verir ki, bunlar həmkarlar ittifaqı ilə dairələrin hakimiyyət orqanları arasında ən mübahisəli məsələlər idi. Los-Anceles şəhəri və Vaşinqton dairəsi məktəblərdə xidmətlərin genişləndirilməsi, o cümlədən xeyli sayda tibb bacısı, məsləhətçi və psixoloqların işə götürülməsi üçün vəsait sərf edirlər.

İmzalanmış kontrakt həmkarlar ittifaqları tərəfindən təsdiq edilməlidir. Sazişin şərtlərinə görə, müəllimlər yanvarın 23-də səhər öz siniflərinə qayıdacaqlar. Müəllimlərin tətili ictimaiyyətin diqqətini belə bir fakta cəlb edib ki, ölkənin ən zəngin və liberal ştatlarından biri olan Kaliforniya dövlət məktəbləri üçün nisbətən az pul xərcləyir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.