DÜNYA


Lotereya oyununda etdiyi səhv fransıza 17 milyon avro qazandırıb

Lotereya oyununda etdiyi səhv fransıza 17 milyon avro qazandırıb

Bakı, 3 fevral, AZƏRTAC

Fransa vətəndaşı elektron biletin oyun tarixinin seçimində yol verdiyi səhv nəticəsində lotereyada 17 milyon avro udub.

AZƏRTAC xəbər verir ki, Fransanın qumar oyunları tənzimləyicisi “Francaise des jeux” bunun yanvar ayında baş verdiyini bildirib. Lotereyanı internet vasitəsi ilə oynayan iştirakçı öz bəxtini cümə günü, ayın 13-də sınamaq istəsə də, tarix seçimində səhvən yanvarın 14-nü qeyd edib.

Adının açıqlanmasını istəməyən 40 yaşlı fransalı bundan sonra işdən çıxaraq sahibkarlıqla məşğul olmağa, ev almağa və səyahət etməyə hazırlaşır.

2021-ci ilin oktyabr ayında Fransa Polineziyası sakini “EuroMillions” lotereyasında 220 milyon avro udaraq bu oyunun rekord cek-potunu qazanmışdı.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.