İQTİSADİYYAT


Lotereya uduşlarının 10 manatdan çox hissəsindən vergi tutulur

Bakı, 11 fevral, AZƏRTAC

Vergi Məcəlləsində edilmiş dəyişiklikdə lotereyada qazanılmış gəlirdən vergi tutulurmu?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin cari ilin yanvarın 1-dən qüvvəyə minən müddəalarına əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Buna əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyaların keçirilməsindən əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğin 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Həmçinin əldə edilən uduşların 10 manatdan çox olan hissəsindən 10 faiz dərəcə ilə vergi tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.