MƏDƏNİYYƏT


Lozanna Kamera Orkestri Bakıda çıxış edib

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də İsveçrənin məşhur Lozanna Kamera Orkestri Bakıda konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsert X Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində reallaşıb.

Orkestr amerikalı dirijor Coşua Vaylerştayn tərindən idarə olunub. Musiqili gecədə israilli pianoçu Yefim Bronfman solist qismində çıxış edib.

Konsert çərçivəsində dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.