İQTİSADİYYAT
“Lufthansa” aviaşirkətinin Bakıya olan iki aviareysi ləğv edilib
26 noyabr, Elvin Camalov, AZƏRTAC
“Lufthansa” aviaşirkətinin noyabrın 26-da Bakıya olan iki aviareysi ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytındakı online tabloda göstərilib.
Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotlarının davam edən tətili nəticəsində bu gün həyata keçirilməli olan 03:50-də Aşqabad-Bakı və 04:50-də Bakı-Frankfurt aviareysləri ləğv olunub.
Qeyd edək ki, Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları maaşlarının 20 faiz artırılmasına şirkətin müsbət rəy verməməsi səbəbindən tətil edirlər. Şirkət öz məlumatında tətilin 3 gün ərzində 2600 aviareysin ləğv olunmasına gətirib çıxardığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]