DÜNYA


“Lüfthanza” Misirə uçuşları bərpa edib

Bakı, 22 iyul, AZƏRTAC

Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti “Lüfthanza” Misirin paytaxtı Qahirəyə uçuşları bərpa etdiyini elan edib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, iyulun 19-da aviaşirkətin rəhbərliyi uçuşların dayandırılmasını təhlükəsizliklə bağlı problemlərlə əsaslandırıb. Bundan əvvəl Avropanın ən böyük aviaşirkəti “British Airways” də eyni səbəblərdən Qahirəyə aviareysləri bir həftəliyinə dayandırdığını bəyan etmişdi. Hər iki aviaşirkət atılan addımları “ehtiyat tədbirlərinin qiymətləndirilməsi çərçivəsində” təqdim edib.

Ötən həftənin sonunda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi “mülki aviasiyada terror riskinin artması” ilə bağlı bu ölkənin vətəndaşlarına xəbərdarlıq edib. Nazirlik əlavə edib ki, Misirdən uçuşlarla əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.