İDMAN


Luis Hamilton Bakı Qran-prisində birinci olacağına ümid edir

Bakı, 16 iyun, AZƏRTAC

Formula-1 üzrə üçqat dünya çempionu Luis Hamilton bu həftə sonu Bakıda keçiriləcək Qran-pridə də birinci olacağına ümid edir.

AZƏRTAC İngiltərənin www.express.co.uk saytına istinadla xəbər verir ki, L.Hamilton Bakı Qran-prisini birinci sırada başa vuracağı təqdirdə ardıcıl üç turun qalibi olmaqla yanaşı, hazırda birinci yerin sahibi olan komanda yoldaşı Niko Rosberqi qabaqlaya bilər.

Monako və Monreal Qran-prilərində ardıcıl qələbələr qazanan Hamilton builki çempionluq yarışında ondan irəlidə olan Niko Rosberq ilə xal fərqini 43-dən 9-a endirib. Rosberq liderliyi əldən verməmək üçün Bakıda ən azı ikinci olmalıdır. Əks təqdirdə Hamilton növbəti mərhələdə də birinci olarsa, xal hesabı ilə N.Rosberqi qabaqlayacaq.

Rosberq son iki ildə çempionluqda Hamiltona məğlub olub. Hamilton isə yarış cədvəlində liderliyə yüksəlmək üçün əlindən gələni edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.