İDMAN
Luis Hamilton Bakı mərhələsini karyerasında ən çətin yürüş adlandırıb
Bakı, 2 may, AZƏRTAC
“Mercedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 Azərbaycan Qran-Prisini karyerasında ən çətin yürüş adlandırıb.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Yəqin ki, bu, mənim yadımda qalan ən çətin yürüşdür. Daim əsən külək işimizdə çətinlik yaradırdı. Biz, demək olar, nəm asfaltda gedirdik; vəziyyət bu dərəcədə mürəkkəb idi. Yürüş gərginlik dərəcəsinə görə, yağışlı havadakına bənzəyirdi”, - deyə L.Hamilton “F1Today” proqramının efirində bildirib.
Xatırladaq ki, L.Hamilton komanda yoldaşı, “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottasın finişə çathaçatda yarışı dayandırmaq məcburiyyətində qalması nəticəsində qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [17:35]
Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub
- 18.04.2024 [16:43]
Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
- 18.04.2024 [16:00]
Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb
- 18.04.2024 [15:40]
“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]