İDMAN
Luis Hamilton Formula 1 üzrə dünya çempionatında yenidən liderliyə yüksəlib
Bakı, 25 iyun, AZƏRTAC
“Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton Formula 1 üzrə dünya çempionatı çərçivəsində Fransa Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, mövsümdə üçüncü, karyerasında 65-ci qələbəni qazanan pilot şəxsi hesabda yenidən liderliyə yüksəlib.
Yürüşdə ikinci yeri “Red Bull”un təmsilçisi, hollandiyalı Maks Ferstappen, üçüncü yeri “Ferrari”nin finlandiyalı pilotu Kimi Raykkonen tutublar.
L.Hemilton mövsümün səkkizinci mərhələsində qələbə qazanandan sonra 145 xalla şəxsi hesabda lider olub. Fransa yürüşündə beşinci nəticə göstərən almaniyalı pilot Sebastyan Fettel 131 xalla ikinci yerdə qərarlaşıb. Üçüncü yeri 96 xalla “Red Bull”un avstraliyalı pilotu Daniel Rikkardo tutur.
Pilotların mübarizəsi gələn həftə Şpilberqdə (Avstriya) davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]