İDMAN


Luis Hamilton qarşıdakı 3 ildə “Mercedes”də qalacağına əmin deyil

Bakı, 27 oktyabr, AZƏRTAC

Karyerasının ən parlaq dövrlərini “Mercedes”də keçirən Luis Hamiltonun nə vaxta qədər bu komandada qalacağı maraq doğurur. Britaniyalı pilot hazırda iş yerini dəyişməkdə maraqlı olmasa da, yeni müqavilənin şərtləri ilə də tam razılaşmır.

AZƏRTAC xəbər verir ki, Formula 1 üzrə altıqat dünya çempionu L.Hamilton “Mercedes”lə müqaviləsini daha 3 il müddətinə yeniləyəcəyinə şübhə edir. Mətbuata açıqlama verən britaniyalı pilot 2022-ci ildə reqlament dəyişikliyindən sonra proseslərlə tanış olmaq istədiyini söyləyib: “Hələ qərar qəbul etməmişik. Doğrusu, “Mercedes”də qalmaq istəyirəm. Təbii ki, indiki məqamda danışıqlar masası arxasına əyləşməliyik. Masada 3 illik müqavilə müzakirə ediləcək. Bir müddət öncə bunun üçün şifahi razılıq əldə etsək də, indi vəziyyət dəyişib. Belə məqamda qarşıdakı 3 ildə “Mercedes”də qalacağımı iddia edə bilmərəm. Suallar çoxdur. 2022-ci ildə mübarizəyə yeni maşınlar qoşulacaq. Onların nəyə qadir olacağını görmək istəyirəm. Hələ ki, heç kimlə danışıqlar aparmamışam və bunu etmək fikrim də yoxdur. Hər şeydən öncə “Mercedes”in rəhbəri Toto Volffla görüşməliyəm. Yaxın aylarda hansı qərar qəbul olunacağını özünüz də görəcəksiniz”.

Xatırladaq ki, L.Hamilton 2013-cü ildən “Mercedes”də çıxış edir və o bu komanda ilə 5 dəfə dünya çempionu olub. Buna qədər britaniyalı pilot 2009-cu ildə “Maklaren”də mövsümü birinci yerdə başa vurmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.