İDMAN


Luis Hamiltonun yaradacağı X44 komandası Extreme E seriyasında iştirak edəcək

Bakı, 8 sentyabr, AZƏRTAC 

Formula 1 üzrə altıqat dünya çempionu Luis Hamilton elektrikli avtomobillərdən istifadə edən yeni Extreme E seriyasında iştirak etmək üçün öz komandasını - X44 yaratmağa qərar verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Mercedes” ilə müqaviləsinə görə, L.Hamilton özü sükan arxasında otura bilməyəcək. O, bildirib ki, Extreme E seriyasında təmsil olunacaq komandanın qurucusu olaraq iştirak etmək həyəcanverici olmaqla yanaşı, həm də yeni bir ekoloji təşəbbüsdür. Pilot yaşıl və daha ədalətli bir dünya haqqında təsəvvürlərini həyata keçirən bu yeni seriyada məmnuniyyətlə fərqli rol oynayacağını qeyd edib.

Dakarda 2021-ci il yanvarın 23-də başlayacaq Extreme E mövsümü beş mərhələdən ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.