İDMAN
Lüis Hemilton: Bakıdakı anlaşılmazlıqdan sonra Fettelə hörmətim artıb
Bakı, 27 aprel, AZƏRTAC
Hazırkı dünya çempionu Lüis Hemilton “Ferrari” komandasının pilotu Sebastyan Fettelə münasibətindən danışaraq bildirib ki, 2017-ci ildə Formula 1 Azərbaycan Qran-Prisində baş vermiş anlaşılmazlıqdan sonra alman pilotuna onun hörməti yalnız artıb.
AZƏRTAC xəbər verir ki, dünya çempionu deyib: “Yarışan insanlar arasında od-alov görmək yaxşı haldır. Onu da görmək xoşdur ki, heç birimiz ideal ola bilmərik. Hamımız səhv edirik. Amma məsələ səhv etməkdə deyil, problemlərin öhdəsindən necə gəlməyimizdə və özümüzə hansı ibrət dərsi götürməyimizdədir. S.Fettel irəliləməkdə davam edir. Onun özünü necə təqdim etməsi, danışıq tərzi və işlətdiyi sözlər bunu göstərir. Ona hörmət artır və əminəm ki, bu, belə də davam edəcəkdir.