İDMAN


Luis Suarez bir ay yaşıl meydandan kənarda qalacaq

Bakı, 17 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubu uruqvaylı hücumçu Luis Suarezin bir ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Barselona”nın “Real Madrid” komandasına 0:2 hesabı ilə məğlub olduğu İspaniya Superkuboku uğrunda cavab matçında zədələnən L.Suarezin sağ dizində şiş təsbit edilib. Futbolçunun La Liqada “Real Betis”, “Alaves”, “Espanyol” və “Xetafe” ilə qarşılaşmalarda oynaya bilməyəcəyi dəqiqləşib.

Həmin matçda zədələnən və müdafiəçi Xerard Pikenin isə “Real Betis”ə qarşı oyunda meydana çıxması sual altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.