İDMAN


Luis van Qal məşqçi karyerasını bitirib

Bakı, 11 mart, AZƏRTAC

Hollandiyalı məşqçi Luis van Qal karyerasını bitirməyə qərar verib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, 65 yaşlı hollandiyalı mütəxəssis mediaya açıqlamasında bildirib ki, həyat yoldaşım 22 il əvvəl xaricdə çalışdığım üçün işini dayandırıb. Ona 55 yaşadək futbolu tərk etməyi söz vermişdim. Lakin indi 65 yaşım var.

Məşqçilik karyerası zamanı Luis van Qal 3 dəfə Hollandiyaya çempionluq qazandırıb. Mütəxəssis Amsterdamın “Ayaks” klubu ilə UEFA Çempionlar Liqasını qazanıb. Luis van Qal “Barselona” ilə iki dəfə İspaniya çempionatının qalibi olub.

Qeyd edək ki, məşqçi 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında Hollandiya millisi ilə bürünc medal qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.