İDMAN


Luiz Suarez növbəti dəfə UEFA Çempionlar Liqasında fərqlənə bilməyib

Bakı, 20 fevral, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubunun uruqvaylı hücumçusu Luiz Suarez UEFA Çempionlar Liqasında növbəti dəfə fərqlənə bilməyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu 2015-ci ildən indiyədək UEFA Çempionlar Liqasında fərqlənə bilmir. UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Barselona” səfərdə “Lion” ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Bununla da uruqvaylı hücumçu növbəti dəfə meydanı qolsuz tərk edib.

Suarez sonuncu dəfə 2015-ci ilin sentyabrında “Roma” ilə İtaliyadakı qarşılaşmada fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 13-də “Barselona”nın meydanında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.