İDMAN


Lüksemburq Futbol Federasiyası cərimələnib

Bakı, 17 noyabr, AZƏRTAC

Lüksemburq Futbol Federasiyası Millətlər Liqasında Azərbaycanla oyunu ərəfəsində UEFA tərəfindən cərimələnib.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, rəqib komandanın cəzalandırılmasının səbəbi koronavirusla bağlı təhlükəsizlik qaydalarına tam əməl etməməsidir. Belə ki, komandanın Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kiprlə qarşılaşması zamanı (2:0) tribunalara məhdud sayda azarkeş buraxılsa da, maska taxmaq və sosial məsafə saxlamaq qaydalarına tam əməl edilməyib. Bu səbəbdən UEFA federasiyanı 5000 min avro məbləğində cərimə edib.

Qeyd edək ki, Lüksemburq-Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.