İDMAN


Lüksemburq - Azərbaycan: Mətbuat konfransları və açıq məşqlərin vaxtı dəqiqləşib

Bakı, 16 noyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də saat 23:45-də “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq-Azərbaycan oyunu ərəfəsində hər iki komanda üçün mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandası yerli vaxtla noyabrın 16-da saat 17:30-da mətbuat konfransı, saat 18:00-da məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq) keçirəcək.

Lüksemburq milli komandasının mətbuat konfransı isə noyabrın 16-da saat 15:00-da, məşqi saat 19:00-da (ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq) nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.