DÜNYA


Lüksemburq: “gizli daşıyıcılar” infeksiyanın yeni dalğasına səbəb ola bilər

Lüksemburq, 3 iyun, AZƏRTAC

Lüksemburq əhalisi arasında COVID-19 xəstəliyinin yayılmasının və dinamikasının qiymətləndirilməsinə yönəlmiş milli araşdırma layihəsinin (CON-VINCE) tədqiqatçıları ölkədə epidemiyanın 2-ci dalğasından yayınmaq məqsədilə əhali arasında test aparıblar.

AZƏRTAC xəbər verir ki, yeni testin iştirakçıları əsasən CON-VINCE-nin aprelin ortalarından mayın 2-dək apardığı ilk testə iştirak edənlərdir.

Tədqiqatların nəticəsində məlum olub ki, 402 nəfər epidemiyaya yoluxsa da, heç bir əlamət və ya səhhətləri ilə bağlı narahatlıq hiss etməyiblər. Asimptomatik olan bu insanlarda aparılan seroloji testlərin nəticəsində qanlarında antikorlar aşkarlanıb.

Tədqiqatçılar bildiriblər ki, virusa qarşı antikorların artması heç də koronavirusa qarşı qəti immunitet yarandığını göstərmir. Ancaq “gizli daşıyıcılar” adlanan insanların mövcudluğu infeksiyanın yeni dalğasının başlanmasına potensial mənbə ola bilərlər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.