SİYASƏT


Lüksemburq portalı azərbaycanlıların Ermənistanın mülki əhalini raket atəşinə tutmasına etirazından yazıb

Lüksemburq, 26 oktyabr, AZƏRTAC

Lüksemburqun “Delano” portalı bu ölkədə yaşayan azərbaycanlıların əsgərlərimizə dəstək aksiyasına dair məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Lüksemburqda keçirilən aksiyanın soydaşlarımızın ölkəmizə dəstək aksiyalarından biri olduğu və onun Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən təşkil edildiyi diqqətə çatdırılıb.

Qeyd edilir ki, azərbaycanlılar Lüksemburqun mərkəzi meydanına toplaşaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaşayış massivinin Ermənistan tərəfindən raket atəşinə tutulmasına etirazlarını bildiriblər. Qeyd ediblər ki, Ermənistanın mülki əhalini hədəfə alması nəticəsində uşaqlarda daxil olmaqla, 26 dinc sakini həlak olub.

Diqqətə çatdırılıb ki, nümayişçilər əllərində “Gəncə üçün dua edək!”, “Azərbaycana ədalət!”, “Mülki əhalini bombalamağı dayandır!” və “Uşaqlar müharibə etmir!” kimi plakatlar tutublar.

Bildirilib ki, etiraz nümayişi zamanı meydana uşaq oyuncaqları və ayaqqabıları qoyulub, həlak olan azyaşlıların xatirəsinə şamlar yandırılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.