İDMAN


Lüksemburq yığması Azərbaycan millisini yeni stadionda qəbul edəcək

Bakı, 29 aprel, AZƏRTAC

Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini yeni stadionda qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer “Paperjam” nəşrinə açıqlamasında məlumat verib.

“Stade de Luxembourg” arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9 min 385-dir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.