DÜNYA


Lüksemburqda 12 günlük matəm elan edilib

Lüksemburq, 23 aprel, AZƏRTAC

Lüksemburqun sabiq dövlət rəhbəri Böyük Hersoq Janın vəfat etməsi ilə əlaqədar ölkədə 12 günlük matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Lüksemburqun Baş naziri Ksavye Bettel fərman imzalayıb.

Bildirilib ki, bu müddət dünyanın müxtəlif ölkələrindən insanlara dəfn mərasimində iştirak etməyə imkan verəcək.

Dəfn mərasimi mayın 4-də keçiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.