SİYASƏT
Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası başlayıb VİDEO
Lüksemburq, 5 iyul, AZƏRTAC
Bu gün Lüksemburqda ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası açılır. AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti iştirak edir.
Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib.
İclasda əsas məruzəçi, irlandiyalı deputat Alan Farrelin məruzəsi dinləniləcək. Sonra qətnamə layihəsinə düzəlişlər ətrafında müzakirələr aparılacaq. Müzakirələrin yetərincə gərgin keçəcəyi ehtimal olunur.
Qətnamə ATƏT PA sessiyasının işinin sonunda, plenar iclasda qəbul ediləcək.
AZƏRTAC sessiyanın işi barədə oxucuları məlumatlandırmağa davam edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq