SİYASƏT


Lüksemburqda Respublika Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb

Lüksemburq, 28 may, AZƏRTAC

Lüksemburqun mərkəzində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağı ucaldılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə Lüksemburq şəhərinin ən böyük prospekti “Boulevard Royal”da yerləşən 5 ulduz “Hotel Royal”ın qarşısında Respublika Günü münasibətilə üçrəngli bayrağımız ucaldılıb.

Məşhur “Hotel Royal” ilə aparılan danışıqların nəticəsində bu ildən başlayaraq hər il mayın 28-də hotelin qarşısında milli bayramımız münasibətilə Azərbaycan bayrağı dalğalanacaq.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.