DÜNYA


Lüksemburqda koronavirus xəstələrinin sayı artıb

Lüksemburq, 15 iyul, AZƏRTAC

Lüksemburqda COVID-19 virusuna yoluxanların sayı artıb.

AZƏRTAC xəbər verir ki, son 24 saat ərzində Lüksemburqda 100 yeni yoluxma qeydə alınıb, Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 5056-ya çatıb.

Lüksemburq Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə COVID-19 epidemiyasından 111 ölüm faktı qeydə alınıb. Xəstəxanaya son sutka ərzində 44 yeni xəstə qəbul olunub ki, onlardan 3-ü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Son günlər ölkədə virusun yayılma sürəti və sayının artdığı xüsusi qeyd edilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Lüksemburqun adı “təhlükəli ölkə” siyahısına salınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.