DÜNYA


Lüksemburqda parlament seçkilərindən sonra yeni hökumət hələ də formalaşmayıb

Paris, 3 noyabr, AZƏRTAC 

Lüksemburqda keçirilmiş parlament seçkilərindən sonra yeni hökumət hələ də formalaşmayıb.

AZƏRTAC xəbər verir ki, parlamentin 2018-2019-cu illər üçün ilk sessiyasında 60 deputatdan 45-i iştirak edib. Digər 15 deputat hələ də keçmiş hökumətin tərkibində olduqları üçün sessiyaya qatılmayıb.

Lüksemburqun Böyük Hersoqu Anri yeni hökumətin tərkibi formalaşanadək və lazım gələrsə, təcili tədbirləri görmək üçün əvvəlki hökumətdən öz vəzifəsini davam etdirməyi xahiş edib.

Qeyd edək ki, 2013-cü ildə keçirilmiş seçkilərdə yeni hökumət 37 gün sonra formalaşmışdı.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.