MƏDƏNİYYƏT


Lüksemburqda xeyriyyə sərgisində azərbaycanlı rəssamın əsərləri nümayiş olunub

Lüksemburq, 10 iyul, AZƏRTAC

Lüksemburqda “İnterNations Changemakers” qrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif xalqları təmsil edən rəssamların, heykəltəraşların və illüstratorların əsərləri nümayiş olunub. Azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri sərgilənib və böyük maraqla qarşılanıb. Azərbaycanlı rəssam əsərlərində daha çox parlaq, gözoxşayan rənglərə üstünlük verir.

Qeyd edək ki, azərbaycanlı rəssamın əsərləri Lüksemburqda bundan əvvəl də “Xiffətdə olan qadınlar” assosiasiyasının sərgisində nümayiş olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.