CƏMİYYƏT


Lüksemburqun “AGEFİ” jurnalı Azərbaycan səfirliyinin yeni binasının açılışı barədə yazır

Lüksemburq, 18 iyun, AZƏRTAC

Lüksemburqun nüfuzlu “AGEFİ” jurnalında Azərbaycanın Belçikadakı səfirliyinin binasının açılışı barədə yazı dərc edilib.

Yazıda Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin yeni binasının açılış mərasiminin həmin vaxt Brüsseldə işgüzar səfərdə olan Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, binanın təmir və yenilənmə işləri 2016-2018-ci illərdə belçikalı arxitektor Filip Vanhevereqenin rəhbərliyi ilə həyata keçirilib. “Ümumi sahəsi 4500 kvadratmetr olan binaya 10 yaşayış mənzili də daxildir və o, Azərbaycanın dünyadakı ən gözəl səfirliyi hesab oluna bilər”, - deyə müəllif qeyd edir.

Bildirilir ki, binanın girişi dövlət rəmzləri ilə bəzədilib, burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində (Londonun “Viktoriya və Albert”, Berlinin “İslam incəsənəti” və s.) saxlanılan Azərbaycan xalçalarının fotoları yer alıb, daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə üstünlük verilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.