DÜNYA


Luksorda binanın uçması nəticəsində almaniyalı turist ölüb

Qahirə, 6 fevral, AZƏRTAC

Misirin cənubunda yerləşən Luksor şəhərində binanın uçması nəticəsində bir almaniyalı turist və iki yerlı kiçikyaşlı qız uşağı ölüb. Daha 13 nəfər, o cümlədən, 3 alman turisti xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Luksor şəhərinin Yusif Həsən küçəsində yerləşən bina köhnə qeyri-yaşayış binası olub. Hadisə zamanı ölənlər və xəsarət alanlar həmin təhlükəli binanın yaxınlıgında olublar.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.