ELM VƏ TƏHSİL


Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Bakı, 25 aprel, AZƏRTAC

Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.

Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 310 məktəbdən 15 minədək şagird iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 1.146 məktəbli 40 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının ilk turunda şagirdlərə 25 test sualı təqdim olunub.

Olimpiadanın final mərhələsi mayın 26-da keçiriləcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün bir saat yarım vaxt ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Qeyd edək ki, BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilir.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağını artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.