ELM VƏ TƏHSİL


Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Bakı, 15 may, AZƏRTAC 

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, olimpiadanın məktəbdaxili mərhələsində paytaxt üzrə 321 məktəbdən 15 minə yaxın şagird iştirak edib.

İlk turda 1621 məktəbli 18 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Şagirdlər 90 dəqiqə ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.

Olimpiadanın final mərhələsinin may ayı ərzində təşkil olunması nəzərdə tutulub. Bu mərhələdə Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.