ELM VƏ TƏHSİL
Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat bu gün başa çatır
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq. Proses bu gün saat 18:00-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı, məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.