ELM VƏ TƏHSİL


Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri mükafatlandırılıb. Tədbirə bilik yarışında qalib elan edilən 65 şagird dəvət olunub.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə iştirak ediblər.

Olimpiada Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib.

Tədbirin sonunda musiqi nömrələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri ilə Bakı şəhəri üzrə olimpiadalara hazırlıq dərsləri artıq 2-ci həftədir ki davam edir. Bölgələrdən olan qaliblərlə isə dərslər gələn tədris ilinin əvvəlindən etibarən keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.