ELM VƏ TƏHSİL


Lütfi Zadə haqqında məlumatlar toplanacaq

Bakı, 4 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, planı təqdim edən şöbə müdiri Anar Səmidov cari ildə aparılacaq elmi-tədqiqat işləri haqqında məlumat verib. O, “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə internetdə reklam-marketinq üçün verilənlərin səmərəli toplanması metodunun işlənməsi, internet reklam-marketinqinin səmərəliliyinin yüksəldilməsi üçün əks-əlaqə mexanizminin sentiment-analiz texnologiyalarına tətbiqi və effektiv metodun işlənməsi istiqamətlərində tədqiqatların aparılacağını qeyd edib.

Şöbə müdiri deyib ki, il ərzində fraktal qrafikanın elementləri və onların müasir arxitektura və inşaatda istifadəsi, fraktal qrafikanın tətbiq sahələri və fraktal həndəsənin kompüter dizaynında tətbiqi və perspektivləri ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur.

Məruzəçi cari ildə şöbədə 3D çap texnologiyalarının müasir istehsala təsiri məsələlərinin araşdırılacağını da vurğulayıb.

İl ərzində şöbədə korporativ üslubların yaradılması və kreativ dizayn layihələrinin hazırlanması, “Multimedia Qalereyası”na foto və videomaterialların daxil edilməsi, dünya şöhrətli alim Lütfi Zadə haqqında məlumatların toplanması, institutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları, müxtəlif çap məhsullarının tərtib olunması, virtual reallığın qrafik sisteminin, eləcə də 3D qrafik proqramların mənimsənilməsi və digər istiqamətlərdə praktiki işlər həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Sonda fəaliyyət planına dair müzakirələr aparılıb. Şöbənin elmi fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.