ELM VƏ TƏHSİL


Lütfi Zadə irsi ilə bağlı ən maraqlı sual verən tələbələrə mükafatlar təqdim olunub

Bakı, 15 iyun, AZƏRTAC

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Lütfi Zadə irsi - qeyri-səlis iqtisadiyyat” mövzusunda keçirilən tədbirdə 4 tələbə ən maraqlı sual verərək qalib olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, I yerin qalibi kompüter elmləri ixtisası üzrə I kurs tələbəsi Ləman Əlizadə 200 manat, II yerin qalibi informasiya texnologiyaları ixtisası üzrə I kurs tələbəsi Arif Rəhimov 150 manat, III yerin qalibləri isə kompüter elmləri ixtisası üzrə I kurs tələbəsi Aydan Ələkbərzadə və “SABAH” mərkəzi, biznesin idarə edilməsi ixtisası üzrə III kurs tələbəsi Siyavuş Qurbanov 100 manat əldə ediblər.

Universitetin prorektoru professor Sakit Yaqubov və Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan əvəzi Elman Cəfərov tələbələrə sertifikatlar və pul mükafatlarını təqdim ediblər.

Fakültə üzrə THİK sədri Məhəmməd Rəhimova isə tədbirin təşkilində göstərdiyi dəstəyə görə fəxri fərman təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.