MƏDƏNİYYƏT
Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşaya ictimai baxış olub
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirilib.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, səhnə əsəri dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunub. Tamaşanın rus dilindən tərcüməsi Dilsuz Mustafayevə məxsusdur.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır. Əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov və başqaları canlandırırlar.
Qeyd edək ki, tamaşa mayın 26-da teatrsevərlərin ixtiyarına veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]