MƏDƏNİYYƏT


Luvr muzeyində azərbaycanlı rəssamlarla görüş olub

Paris, 22 oktyabr, AZƏRTAC

Luvr muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Karusel salonunda azərbaycanlı rəssamlarla görüşüb, onların pavilyonlarına baş çəkib, sərgilənən əsərlərə baxıb.

Görüşdə diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təşviqi istiqamətində həyata keçirdiyi layihələri xatırladıb. Belə sərgilərin əhəmiyyətinə toxunub, bu cür tədbirlərin mədəniyyətimizin, rəssamlarımızın ölkəmizin sərhədlərindən kənarda tanınmasına böyük töhfə verdiyini qeyd edib.

Söhbət zamanı gələcəkdə belə sərgilərə daha çox rəssamların cəlb edilməsinin vacibliyi vurğulanıb. Rəssamlar sərgilənən əsərləri barədə məlumat veriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.