DÜNYA


Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb VİDEO

Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb  VİDEO

Bakı, 29 avqust, AZƏRTAC

Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərində uçmuş binanın dağıntıları altından 8 cəsəd çıxarılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Daha əvvəl 6 nəfərin öldüyü və 7 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin “Facebook” səhifəsində yaralılardan 5-nin uşaq olduğu qeyd edilib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Fövqəladə vəziyyətin fəsadlarının aradan qaldırılması üçün 470 nəfər və 75 vahid texnika cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.