CƏMİYYƏT
Lvovda Azərbaycanın diaspor təşkilatı müharibədən əziyyət çəkənlər üçün yarmarka təşkil edib
Kiyev, 13 mart, AZƏRTAC
Ukraynada müharibədən əziyyət çəkən vətəndaşların ərzaq və geyim təminatı üçün diaspor fəalımız Lvov şəhərində yarmarka təşkil edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Lvov üzrə nümayəndəsi Şəhriyar Məhərrəmov AZƏRTAC-a bildirib ki, şəhərin mərkəzi dəmiryolu vağzalında təşkil olunan yarmarkada ehtiyacı olan insanlara pulsuz olaraq paltar və yeməklər paylanılır. Bu yarmarka bir neçə gün davam edəcək. Həmçinin şəhərin digər hissələrində də belə yarmarkaların təşkili nəzərdə tutulur.
Qeyd edək ki, müharibə başlayandan bəri diaspor fəallarımız və soydaşlarımız Ukraynanın bir çox şəhərlərində bu cür aksiyalar keçirirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev