CƏMİYYƏT


Lvovda azərbaycanlı gəncə vəzifə verilib

Lvov, 12 oktyabr, AZƏRTAC

Ukraynada yaşayan azərbaycanlı gəncə Lvov şəhərində UNESCO-nun nəzdində fəaliyyət göstərən akademiyada yeni vəzifə verilib. Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Lvov təşkilatının rəhbəri Şəhriyar Məhərrəmov UNESCO-nun nəzdindəki Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Şərq və Cənub ölkələri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Bununla bağlı keçirilən tədbirdə Azərbaycan, Bolqarıstan, Polşa, Yunanıstan, Belarus və Krım tatarlarının cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Akademiyanın rektoru Vasili Tuarçineç bildirib ki, istedadlı gənc kadrların üzə çıxarılması olduqca vacibdir.

Ş.Məhərrəmov fəaliyyəti dövründə istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər həyata keçiriləcəyini vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Lvov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.