SİYASƏT


Lyublyanada Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş sərgi keçiriləcəkdir

Vyana, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərindəki „Sloveniya məktəb muzeyi“ndə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş sərgi açılacaqdır.

Azərbaycanın səfirliyi, bu ölkənin təhsil və mədəniyyət nazirliklərinin dəstəyi, „Sloveniya məktəb muzeyi“ və Lahıc məktəbinin iştirakı ilə təşkil edilən sərgidə Sloveniyanın tanınmış incəsənət professoru, ölkəmizin dostu xanım Vesna Çrnivets tərəfindən çəkilmiş fotolar nümayiş olunacaqdır. Fotolarda Azərbaycanın dilbər guşələrindən olan Lahıc kəndinin füsunkar mənzərələri, məktəblilərin həyatı, milli adət-ənənələr öz əksini tapacaqdır.

Sərgi çərçivəsində xanım Vesna Çrnivets və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov oktyabrın 13 və 27-də mühazirə oxuyacaqlar.

Tədbirin açılışında Sloveniyanın dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, şəhər meriyasının nümayəndələri, Sloveniya-Azərbaycan Cəmiyyətinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, məktəblilər və təhsil işçilərinin iştirakı gözlənilir. Sərgi noyabrın 4-dək davam edəcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.