MƏDƏNİYYƏT


Lyubov Uspenskaya: Mən Bakını çox sevirəm

Bakı, 27 iyul, AZƏRTAC

Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Burada 25 il əvvəl olmuşdum. O zaman Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Onun yorulmaz fəaliyyəti, güclü iradəsi sayəsində qısa bir zamanda dağınıq olan şəhərdə sabitlik, sülh yaradıldı. Ötən müddət ərzində paytaxtınız çox dəyişib. Mən Bakının gözəlliyinə aşiq oldum. Şəhəri tanıya bilmədim.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskaya deyib.

Bu illər ərzində Bakının dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrildiyini bildirən L.Uspenskaya qonşu ölkənin belə sürətli inkişafının Avropa və Şərq dəyərlərini özündə birləşdirməsinin onu sevindirdiyini vurğulayıb: “Azərbaycan xalqı qonaqpərvərdir. Festivala üç ay öncədən hazırlaşırdım. Tamaşaçılara sürprizim var. Polad Bülbüloğlu ilə birgə “Çiçək, çiçək” mahnısını ifa edəcəyəm. Bu şəhərdə gəzmək istərdim. Mənim dostlarım da hazırda mənimlədir”.

Bu möhtəşəm musiqi bayramına görə Xalq Artisti Emin Ağalarova minnətdarlığını bildirən Lyubov Uspenskaya festivalın yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.